"Niyə axı məni təhqir edirlər?"


Digərləri 23 May 2018 12:19:00 286 0

"Niyə axı məni təhqir edirlər?"

Mənə çox təəccüblüdür, niyə axı, sosial şəbəkələrdə mənə qarşı bu cür etikadan, siyasi mədəniyyətdən kənar münasibət sərgilənir? Hər gün təhqir olunuram. Bunu edənlər vicdanlarına baş vursunlar. 

Son.az xəbər verir ki, bu sözləri gununsesi.info-ya açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli sosial şəbəkələrdə təhqir olunması faktına münasibətində deyib.

Qeyd edək ki, zaman-zaman Facebook istifadəçilərinin hədəfinə tuş gələn komitə sədrini bu dəfə 3 gün öncə övladı şəhid olmuş bir ata ilə müqayisə ediblər. Hər iki şəxsin fotosunu paylaşan Facebook istifadəçiləri şəhid atasından təxminən 10 yaş böyük olan Hadi Rəcəblinin daha gümrah, daha sağlam olmasını yazır.