Zidan: "Ronaldonu Salaha dəyişmərəm"


İdman 23 May 2018 12:16:00 264 0

Zidan: "Ronaldonu Salaha dəyişmərəm"

Real Madrid-in baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının finalında Liverpool-la oyun öncəsi fikirlərini bildirib.

Goal.az "Sky Sports"a istinadən xəbər verir ki, o, Kriştianu Ronaldo və rəqib oyunçu Məhəmməd Salahla bağlı fikirlərini də bölüşüb: "Mən Ronaldonu Salahla dəyişə bilərəm? Xeyr. Bizdə Kriştiano var və ancaq öz oyunçularım haqqında danışıram. Rəqiblərimiz haqda danışa bilmərəm. Bilmirəm, onlar nə düşünürlər. Onu deyə bilərəm ki, biz həmişə udmaq arzusundayıq. Kimsə bizim qələbəyə başqalarından daha az ac olduğumuzu deyə bilməz. Biz Real-ıq. Hər zaman daha çoxunu istəyirik. İstədiyimizə nail olmaq üçün bütün gücümüzü verəcəyik".

Qeyd edək ki, Real Madrid-ləLiverpool arasındakı final görüşü mayın 26-sı keçiriləcək.