Səhiyyə Nazirliyi: 338 min nəfərdə xəstəliklər aşkarlanıb
Digərləri 23 May 2018 12:13:00 212 0
2018-ci ilin fevral ayının 12-dən may ayının 12-dək nəzərdə tutulan əhalinin tibbi müayinəsi yekunlaşıb.
Bakı.
2018-ci ilin fevral ayının 12-dən may ayının 12-dək nəzərdə tutulan əhalinin tibbi müayinəsi yekunlaşıb.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, tibbi müayinələrdən 18 yaşdan yuxarı 5 milyon 638 min 115 nəfər yararlanıb. Onlardan 3 540 384 kişi, 3 742 875 qadındır. Müraciət edənlərin 338 013 nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb.
Müayinələrdə yüksək göstəricilər qan dövranı sistemi və tənəffüs sistemi xəstəlikləri üzrə qeydə alınıb. Hər iki xəstəlikdən ayrı-ayrılıqda 50 mindən çox insanın əziyyət çəkdiyi aşkarlanıb. Ən aşağı göstərici isə infeksion xəstəliklər üzrə müşahidə olunub, cəmi 8 015 insanda bu cür hallar üzə çıxıb.
Mənbə: az.trend.az