Azərbaycanda hər il qeyrirəsmi nikahdan 2000ə yaxın uşaq doğulur


Digərləri 23 May 2018 12:09:00 262 0

Azərbaycanda hər il qeyrirəsmi nikahdan 2000ə yaxın uşaq doğulur

Azərbaycanda hər il qeyri-rəsmi nikahdan 2000-ə yaxın uşaq doğulur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Komitə sədrinin müavini bildirib ki, 10 il əvvəl bu rəqəmin sayı 3000-4000 idisə, bu gün bu göstərici aşağı düşüb: "Bu, görülən tədbirlər nəticəsində mümkün olub. Amma bu problem hələ də qarşımızda duran əsas məsələdir".