Arsenal cərimələndi


İdman 23 May 2018 11:52:00 206 0

Arsenal cərimələndi

İngiltərə Futbol Assosiasiyası Arsenal-ı cərimələyib. 

Goal.az-ın “Sky Sports”a istinadən verdiyi məlumata görə, London klubu bəzi futbolçuların Leicester-lə oyundakı davranışlarına görə 20 min funt cərimə ödəyəcək. 

Matçın 75-ci dəqiqəsində baş hakim Qrem Skott “topçular”ın qapısına penalti təyin edib. Hakimin bu qərarından narazı qalan Arsenal-lı futbolçular onu əhatəyə alaraq fəal şəkildə mübahisə ediblər. 

Klub rəhbərliyi cərimənin məbləğinin azaldılmasına çalışsa da, heç nə dəyişməyib.