Quldurlar narkotikə görə taksi sürücüsünü soydular FOTO


Kriminal 23 May 2018 11:45:00 291 0

Quldurlar narkotikə görə taksi sürücüsünü soydular  FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində Suraxanı rayonu Hövsan qəsəbəsində taksi sürücüsünə qarşı quldurluq edən şəxslər saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Bakı şəhər sakini Teymur Müseyibli polisə məlumat verərək bildirib ki, mayın 14-də idarə etdiyi avtomobillə Hövsan qəsəbəsinə apardığı iki nəfər müştəri ona qarşı zor tətbiq edərək 150 manat pulunu və bir ədəd mobil telefonunu əlindən alıblar.

Suraxanı Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunmuş Akif Cavadov və Vasib Rzayev saxlanılıblar. Onlar ifadələrində törətdikləri əməli etiraf ediblər.


Xəbərə aid fotolar