Azərbaycan və Serbiya arasında müntəzəm hava reysləri açılacaq


Digərləri 23 May 2018 11:04:00 205 0

Azərbaycan və Serbiya arasında müntəzəm hava reysləri açılacaq

Hava əlaqələri haqqında sazişin imzalanması tərəflərin təyin olunmuş aviaşirkətlərinə ölkələr arasında müntəzəm reysləri açmaq imkanı verməklə yanaşı, Azərbaycan ilə Serbiya arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin inkişafına da yardım edəcək.

Bakı. Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə hava əlaqələri haqqında sazişin imzalanması tərəflərin təyin olunmuş aviaşirkətlərinə ölkələr arasında müntəzəm reysləri açmaq imkanı verəcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən Trend-ə verilən məlumata görə, saziş həmçinin Azərbaycan ilə Serbiya arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin inkişafına da yardım edəcək.