May ayı üzrə pensiyaların ödənişi başa çatdırıldı


Digərləri 23 May 2018 10:52:00 245 0

May ayı üzrə pensiyaların ödənişi başa çatdırıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən may ayının pensiyalarının ödənişi prosesi pensiyaların maliyyələşdirilməsi qrafikinə əsasən respublikamızın bütün rayon və şəhərləri üzrə  tam və vaxtlı-vaxtında həyata keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a verilən məlumata görə, hələ mayın 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə,  mayın 14-də əhalisi məcburi köçkün olan rayonlar da daxil olmaqla, daha 22 rayon üzrə,  son iki gündə isə qalan rayonlar üzrə pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzi xəzinə hesabından yerli orqanların hesablarına köçürülüb.

"Beləliklə, bu gün, mayın 23-də respublikanın bütün rayon və şəhərləri üzrə may ayının pensiyalarının ödənişi artıq yekunlaşıb. Qrafik əsasında hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların pensiyalarının onların hesablarına köçürülməsi isə yaxın günlərdə təmin olunacaq", - deyə məlumatda qeyd olunub.