Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nizamnamə kapitalı kəskin artırılıb


İqtisadiyyat 23 May 2018 10:20:14 331 0

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nizamnamə kapitalı kəskin artırılıb

Agentliyin nizamnamə fondu 7,914 mln. manata qaldırılıb

Energetika Nazirliyinin tabeliyində yaradılan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nizamnamə kapitalı kəskin artırılıb.

"Report" xəbər verir ki, bu barədə ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərmanında qeyd olunub.

Fərmana əsasən, Agentliyin nizamnamə fondu 1 000 manatdan 7 914 367,3 manata qaldırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən il dekabrın 22-də “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb.