Milan Avrokuboklardan kənarlaşdırıla bilər


İdman 23 May 2018 09:57:00 289 0

Milan Avrokuboklardan kənarlaşdırıla bilər

UEFA Milan-ın maliyyə "fair play"i ilə bağlı problemləri klubla həll etmək üçün könüllü müqavilə üzrə təklifini rədd edib.

Goal.az xəbər verir ki, Milan-ın maliyyə hesabları UEFA klublarının maliyyə nəzarəti üzrə Apellyasiya Məhkəməsi tərəfindən araşdırılacaq, bu iş üzrə məhkəmə iclası isə iyun ayında keçiriləcək.

Klubu ciddi sanksiyalar, xüsusilə də, transfer qadağası, böyük həcmdə cərimə və ya növbəti mövsümdə Avropa Liqasında çıxış etməyə qadağa gözləyir. "Rassonyerilər" Avrokuboklardan kənarlaşdırılarsa, Avropa Liqasının qrup mərhələsində Atalanta, təsnifat mərhələsində isə Fiorentina çıxış edəcək.