İbrahimov qardaşları Azərbaycandan qaçdı,


Kriminal 23 May 2018 09:54:00 256 0

İbrahimov qardaşları Azərbaycandan qaçdı,

Ukraynanın Dnepr (keçmiş Dnepropetrovsk - red.) şəhərində daşınmaz əmlakın və cəlbedici torpaq sahələrinin reyder üsulu ilə ələ keçirilməsi halları artıb.

Yerli sakinlərin sözlərinə görə, bu quldurluq hallarında ən çox iştirak payı olanlar isə Firuz və Şahin İbrahimov qardaşları və onlara bağlı olan adamlardır. Eyni zamanda, əmlakın ələ keçirilməsi sxemləri sırf kriminal xarakter daşıyır.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan icması İbrahimov qardaşlarını müdafiə etməyə çalışır və ictimai aksiyalar təşkil edir. Belə ki, ötən həftənin çərşənbə axşamı - mayın 15-də Dnepr şəhər apellyasiya məhkəməsinin qarşısında Azərbaycan icmasının mitinqi keçirilib. Aksiya iştirakçıları hiddətlərini bildiriblər ki, 40 ildən artıq müddətdə Ukraynada yaşayan azərbaycanlılara Dneprdə iş qurmağa imkan yaradılmır. Aksiya Firuz İbrahim oğlu İbrahimovun rəhbərliyi altında həyata keçirilmiş cinayət əməlinin araşdırılması zamanı təşkil edilib.

İcma təmsilçiləri qeyd ediblər ki, bir vaxtlar cənab Firuz İbrahim oğlu İbrahimov hüquq-mühafizə orqanları ilə problemləri olduğu üçün qardaşı ilə birlikdə tez-tələsik Azərbaycanı tərk edib və indiyə kimi də onlar vətənlərinə qayıda bilmirlər. Bu səbəbdən də bizneslərini Ukraynada "qurmaq" qərarı veriblər.