Bakı sakini ölümcül döyüldü


Digərləri 23 May 2018 09:26:00 218 0

Bakı sakini ölümcül döyüldü

Bakının Binəqədi rayonunda döyülmə hadisəsi baş verib.

Son.az report-a istinadən xəbər verir ki, 9-cu mikrorayonda 1982-ci il təvəllüdlü Rzayev İqbal İbrahim oğlu tanımadığı iki şəxslə əlbəyaxa dava edib.

Həmin şəxslər İ.Rzayevi ölümcül döyüblər. O, ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.