Şadlıq sarayının qarşısında avtobus piyadanı vuraraq ağır xəsarət yetirib


Digərləri 23 May 2018 08:42:00 263 0

Şadlıq sarayının qarşısında avtobus piyadanı vuraraq ağır xəsarət yetirib

Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Son.az report.az-a istinadən bildirir ki, "Su Sonası" şadlıq sarayının qarşısından yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Fəxrəddin Əhədovu "BakuBus" MMC-yə məxsus 5 nömrəli sərnişin avtobusu vurub.

Yaralı "təcili yardım" maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.