Təyyayə eniş edərkən zolağdan çıxaraq qəzaya uğrayıb, xəsarət alanlar var


Dünya 23 May 2018 08:30:00 241 0

Təyyayə eniş edərkən zolağdan çıxaraq qəzaya uğrayıb, xəsarət alanlar var

Hondurasda "Gulfstream G200" sərnişin təyyarəsi eniş edərkən zolağdan çıxıb və qəzaya uğrayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təyyarənin Tonkontin hava limanında qəzaya uğraması nəticəsində 6 ABŞ vətəndaşı xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Təyyarəyə ciddi ziyan dəyib.

İnsidentdən sonra Tequsiqalpe şəhərindən yerləşən hava limanı bağlanıb. Hazırda gələn reyslər San-Pedro-Sula hava limanına yönəldilir, uçuşlar isə dayandırılıb.