Piyadanı maşın vurub


Digərləri 23 May 2018 08:33:00 191 0

Piyadanı maşın vurub

Bərdə şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, Səməd Vurğun küçəsi ilə hərəkətdə olan "VAZ-2106" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vuraraq, ona ağır xəsarət yetirib.

Yaralının şəxsiyəti hələ ki, məlum deyil. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.