ABŞda atışma baş verib, yaralanan var


Dünya 23 May 2018 08:07:00 209 0

ABŞda atışma baş verib, yaralanan var

ABŞ-ın Panama Siti şəhərində (Florida ştatı) atışma baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, atəş açan naməlum şəxs Bek-avenyu rayonunda mənzildə gizlənib. Onun atəş açması nəticəsində bir nəfər yaralanıb.

Hadisə yerinə çox sayda polis əməkdaşı və xüsusi təyinalılar cəlb olunub.