"Saudi Aramco": Bakı Mərkəzi Asiyada fəaliyyətin idarəsi üçün platforma olacaq


Digərləri 23 May 2018 07:55:00 240 0

"Saudi Aramco": Bakı Mərkəzi Asiyada fəaliyyətin idarəsi üçün platforma olacaq

Azərbaycanda Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft şirkətinin regional ofisi şirkətin Mərkəzi Asiyada fəaliyyətinin idarəetmə platforması kimi xidmət edəcək. Son.az bildirir ki, bu barədə Trend-ə "Saudi Aramco"nun baş ofisindən bildiriblər.

Şirkətdə deyiblər: "Dünyada ən iri neft istehsalçısı olan "Saudi Aramco" şirkəti Bakıda "Aramco Overseas Company Azerbaijan LLC" (Aramco AOC Azerbaijan) öz regional nümayəndəliyi qeydiyyata alıb. Bu ofis Mərkəzi Asiyada şirkətin bütün növ fəaliyyətinin həyata keçirilməsi və idarəsi üçün platforma olacaq".