Məşhur ürək həkimindən ŞOK SÖZLƏR:


Digərləri 23 May 2018 07:35:00 253 0

Məşhur ürək həkimindən ŞOK SÖZLƏR:

Professor, doktor Canan Karatay şəkərli və qazlı içkilərin qaraciyərdə yağlanmaya səbəb olduğunu bildirib.

Son.az xəbər verir ki, tanınmış kardioloq "Əsl tibbin 10 şifrəsi" adlı konfransda sağlam qidalanmanın sirlərindən danışıb. Karatay hesab edir ki, şirin sular və qazlı içkilər Həzrəti Məhəmməd peyğəmbərin zamanında olsaydı, onları haram məhsullar siyahısına daxil edərdi.

Canan Karatay ABŞ-da yaşayan dünyaca məşhur həkim Mehmet Özün "Yapon badımcanı möcüzədir" açıqlamasını tənqid edib və sözlərinə bunları əlavə edib: "Səhhətimizin durumu öz əlimizdədir. Çünki orqanizmin necə işlədiyini biləndə, problemləri həll edirik. ABŞ-da yaşayan məşhur ürək cərrahımız yapon badımcanını möcüzə adlandırıb. Bunların heç bir sübutu yoxdur. Möcüzə deyilən mövhum yoxdur. Ərzaqdan və bitkilərdən möcüzə olmaz. Hamısı yalandır və hamısı ticarətdir, xəbəriniz olsun. Ürək həkimi və daxili xəstəliklər professoru olaraq onu deyə bilərəm ki, insan orqanizmi sağlam olduğu və hüceyrələr normal çalışdığı müddətdə möcüzəyə ehtiyacınız qalmır".

Professor spirtə bağlı olmayan qaraciyər yağlanması haqqında da məlumatlar verib. O, çıxışında bildirib ki, artıq 10 yaşlı uşaqların qaraciyərində yağlanma var: "Mən 51 ildir həkiməm. Əvvəllər həqiqətən də pivə və spirtli içkilərdən çox istifadə edənlərin qaraciyəri yağlanardı. Amma indi 10 yaşlı uşaqların da qaraciyərində yağlanma var. 10 yaşlı uşaqlar alkoqol qəbul etmirlər. Şirin sular və qazlı içkilər içirlər. 1-2 yaşından etibarən uşaqlarda qazlı içkilərə qarşı asılılıq yaranmağa başlayır. Qazlı içkilər və şirin sular Həzrəti Məhəmməd peyğəmbərin zamanında olsaydı, onların haram olduğunu deyərdi. Bəziləri "Uşaqlarımıza C vitamini verməyək" sualları ilə şikayət edir. İllərlə meyvə sularının C vitamini mənbəyi olduğu deyilir. Xalqımız da həm uşaqlarına meyvə sularını verir, həm də özləri içir və nəticədə, qarınları yağlanır.