Ağ gillə dərinizi gözəlləşdirin


Digərləri 23 May 2018 04:30:00 279 0

Ağ gillə dərinizi gözəlləşdirin

Dəri baxımı qadınlar üçün böyük əhəmiyyət daşıyır. Hələ buna fəsillərin dəyişməsində daha çox ehtiyac olur.

Son.az axşam.az-a istinadən dərisinə qulluq etməyi sevən xanımlar üçün ağ gildən hazırlanan fərqli maskaları təqdim edir:

Ağ gilin dəriyə faydaları nələrdir?

Dərini nazikcə təmizləyərkən dəridəki qan dövranını yaxşılaşdırır.

Mükəmməl məsamə təmizləyicisidir.

Quru dərilər üçün ideal baxım təmin edir.

Təbii mineral artırıcıdır və yaşlanmanın qarşısını alır.

Dərini rahatladır, yumşaqlıq, parlaqlıq qazandırır.

Dərini toksinlərdən təmizləyir.

Maska - 1

2 yemək qaşığı ağ gil və eyni miqdarda suyu qarışdırın. Bu qarışımı yumşaq fırça ilə üzünüzə vurun. 15-20 dəqiqə saxladıqdan sonra ilıq su və bir nazik parçanın köməyi ilə təmizləyin. Maskanı sildikdən sonra tonik və nəmləndirici vurun.