Əri polis olan xanım alimdən 5 nəfərə qarşı İNANILMAZ ƏMƏL: kişi və qadınları... BAKIDA


Kriminal 23 May 2018 03:30:00 301 0

Əri polis olan xanım alimdən 5 nəfərə qarşı İNANILMAZ ƏMƏL: kişi və qadınları...  BAKIDA

Dələduzluqda təqsirli bilinən 1955-ci il təvəllüdlü Nuriyyə Ağayevanın barəsində hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə Nuriyyə Ağayevanın apelyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Nuriyyə Ağayeva 5 nəfərə qarşı dələduzluq edib. O, vətəndaşların etibarından sui-istifadə edərək onların pullarını ələ keçirib.

Nuriyyə Ağayeva zərərçəkmiş Rövşən Həsənovdan 4 min manat pul alıb. Bunun qarşılığında Rövşən Həsənovun oğlunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul etdirəcəyi vədini verib.

Lakin Nuriyyə Ağayeva qeyd edilən məbləği alsa da, vədinə əməl etməyib.

Bundan başqa, Nuriyyə Ağayeva Mənsurə Əliyevadan nəvəsini universitetə qəbul etdirmək adı ilə 7 min manat, Zenfira İmanovadan oğlunu ali məktəbə qəbul etdirəcəyi adı ilə 30 min manat, Məhərrəm Quliyevdən isə oğlunu işə düzəltmək adı ilə 3 min manat pul alıb.

Nuriyyə Ağayeva daha bir vətəndaşdan övladını ali məktəbə qəbul etdirmək adı ilə 25 min manat alıb.