Bakıda marketdə satıcı işləyən qızı avtomobil vurub


Sosial 23 May 2018 02:26:20 379 0

Bakıda marketdə satıcı işləyən qızı avtomobil vurub

Yaralı sürücünün köməkliyi ilə özəl klinikaların birinə yerləşdirilib

Bakı şəhərində marketdə satıcı işləyən qızı avtomobil vurub.

“Report” xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

Bakı fəhləsi kimi tanınan ərazidə marketdə işdən çıxan 1997-ci il təvəllüdlü Xədicə Zeynalova evə getmək üçün yolu keçərkən onu "Lexus" markalı minik avtomobili vurub. Yaralı sürücünün köməkliyi ilə özəl klinikaların birinə yerləşdirilib. Klinikanın həkimləri onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.