Abşeronda orta yaşlı kişi döyülərək bıçaqlanıb


Sosial 23 May 2018 00:57:46 303 0

Abşeronda orta yaşlı kişi döyülərək bıçaqlanıb

Hadisə Xırdalanda qeydə alınıb

Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma olub.

“Report” xəbər verir ki, 1978-ci il təvəllüdlü Zeynalov Mahir Rafiq oğlu kafedə yeyib- içdikdən sonra tanışı ilə əlbəyaxa dava edib.

O, əvvəlcə döyülüb, daha sonra isə tanışı ona iki bıçaq zərbəsi vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.