Azərbaycan neftinin bir bareli 80 dollara çatır


Digərləri 22 May 2018 23:59:00 309 0

Azərbaycan neftinin bir bareli 80 dollara çatır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 21-də 79,9 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,24 dollar/barel çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 21-də 78,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,11 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 21-də 76,25 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,08 dollar/barel çoxdur.