Qulağınızda bu cür dəlik varsa... FOTO


Digərləri 22 May 2018 23:41:00 318 0

Qulağınızda bu cür dəlik varsa...  FOTO

Bəzi insanların qulaqlarının üzərində olan və doğuşdan gələn dəliklər var.

Son.az publika.az-a istinadən xəbər verir ki, alimlər bu dəliklərin insanın təkamül prosesindən qalma işarələr olduğunu düşünür.

"Preaurikulyar sinus" adı verilən bu dəliklər nadir anadangəlmə qüsur kimi dəyərləndirilir. Sadə şəkildə, Preaurikulyar sinus qulaq və qulaq qığırdağının birləşdiyi xarici qulaq çevrəsində yerləşən kiçik dəlik və ya dəliklərdir.

Nədən yarandığı hələ də təsbit edilməyən bu dəliklər zərərsiz qüsur olsa da, bəzən kista və infeksiya yaranmasına səbəb ola bilir.

"Business Insider"in xəbərinə görə, təkamül araşdırmaçısı Neil Şubin xarici qulaqdakı dəliyin balıq qəlsəmələrinin təkamülündən sonra qalıq formasında qalmasını bildirib.


Xəbərə aid fotolar