Ramazanda baş ağrısını dərmansız yox etməyin


Digərləri 22 May 2018 23:35:00 238 0

Ramazanda baş ağrısını dərmansız yox etməyin

Ramazan ayının ilk günlərində bədən oruca alışmadığı üçün baş ağrısının olması normaldır.

Baş ağrısı xüsusilə axşama doğru şiddətlənir. Baş ağrısının təbii və asan yollarla müalicə üsulları bəzən dərmanlardan daha yaxşı təsir göstərir.

Son.az publika.az-a istinadən baş ağrısının alternativ tibbi müalicə üsullarını təqdim edir:

Lavanda yağı istifadə edin

Lavanda yağı baş ağrısını azaldan ən effektli təbii üsullardan biridir. Gözəl qoxuya malik olan bu bitki baş ağrısına da yaxşı təsir edir. Hər gün alnınıza masaj edərək tətbiq edin. Yaxud da 2 və ya 3 stəkan qaynamış suyun içinə 3-4 damcı lavanda yağı əlavə etdikdən sonra buxarını qoxulayaraq baş ağrısı problemindən qurtula bilərsiniz.

Nanə yağı ilə baş ağrısının təsirli müalicə üsulu

Nanə yağı baş ağrısını dərmansız aradan qaldıran möcüzəvi üsuldur. Qaynar suyun içinə bir miqdar nanə yağı əlavə edib yenə bir müddət buxar vannası qəbul edin.

Nanə çayı isə acını rahatlaşdırmaq üçün istifadə edilən güclü sakitləşdiricidir. Çobanyastığı çayı da ağrını azaltmağa yardım edir. Odur ki, iftarda qara çayla yanaşı bitki çaylarına da yer verin.

Reyhan yağının faydası

Reyhan yağı baş ağrısını müalicə edir. O, beyin sinirlərini sakitləşdirir.

Kətan toxumu ilə baş ağrısına son

Omeqa 3 baxımından olduqca zəngin olan kətan toxumu baş ağrısının səbəb olduğu iltihabları aradan qaldırır.