Evdə steril təmizliyin gözlənilməz təhlükəsi aşkarlandı


Digərləri 22 May 2018 22:59:00 244 0

Evdə steril təmizliyin gözlənilməz təhlükəsi aşkarlandı

Uşaqlarda kəskin limfoblast leykozu əksər hallarda genetik meyl və ətrafın həddindən artıq steril olması ilə əlaqəli olur.

Son.az oxu.az-a istinadən bildirir ki, britaniyalı alimlərin elmi işinin nəticələri "MedicalXpress"də dərc olunub.

Tədqiqatçılar limfoblast leykozla bağlı onlarla elmi işin meta-analizini aparıb və belə bir nəticəyə gəlib ki, bu xəstəyilin formalaşması iki mərhələdə baş verir.

Əvvəl genetik mutasiya nəticəsində (beş faizli ehtimalla) embrionda bu xəstəliyə meyl yaranır.  Daha sonra hər hansı adi xəstəlik, məsələn soyuqdəymə kəskin limfoblast leykoza yol açır.

Elmi işin müəlliflərinə görə, ilk illərini steril şəraitdə keçirmiş, həmyaşıdları ilə təmasdan qaçınmış  və ictimai yerlərdə nadir hallarda olmuş uşaqlar bu xəstəliyə tutulmağa daha həssasdır.