ABŞ-ın Venesueladakı müvəqqəti işlər vəkili arzuolunmaz şəxs elan edilib


Dünya 22 May 2018 22:33:31 257 0

ABŞ-ın Venesueladakı müvəqqəti işlər vəkili arzuolunmaz şəxs elan edilib

Diplomat 48 saat ərzində ölkəni tərk etməlidir

Venesuela prezidenti Nikolas Maduro çərşənbə axşamı ABŞ-ın müvəqqəti işlər vəkili Todda Robinsonu arzuolunmaz şəxs elan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Mən onu arzuolunmaz şəxs elan etdim və ABŞ-ın müvəqqəti işlər vəkili 48 saat ərzində ölkəni tərk etməlidir", - deyə Maduro bildirib.