Ağsuda yerli sakini həyətində ilan sancıb


Digərləri 22 May 2018 22:34:00 248 0

Ağsuda yerli sakini həyətində ilan sancıb

Yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir

Ağsu rayonunda ilansancma hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, rayonun Qaraqoyunlu kəndində 1962-ci il təvəllüdlü yerli sakin Dünyamalıyev Qərib Ağasalı oğlunu ilan sancıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Hadisə o, öz həyətində işləyərkən baş verib.