Ramazanda necə qidalanmalı…


Digərləri 22 May 2018 21:50:00 226 0

Ramazanda necə qidalanmalı…

Müqəddəs Ramazan ayı ərzində insanlar müəyyən saatlarda maye və yemək qəbul etməkdən imtina edəcəklər.

Bəs sağlamlığımızı qorumaq üçün sahur və iftarda nə yeməliyik?

Son.az medicina.az-a istinadən bildirir ki, diyetoloq Şəhriyyə Əhmədova mövzu ilə bağlı vacib məqamları açıqlayıb. Onun sözlərinə görə bu ayda insanlar bilmədən bir çox yanlışlara yol verirlər ki, onlardan biri məhz sahur zamanı yemək yeyilməməsidir:

"Elə insanlar var ki, ümumiyyətlə yuxudan qalxıb su belə içmirlər. Başqa bir yanlışlıq bütün günü yatıb, iftara kimi olan zamanı yuxuda keçirtməkdir". Mütəxəssis sahurda şirniyyat və zeytun yeməyin çox yanlış olduğunu bildirib.