Cəlilabadda sərxoş piyadanı avtomobil vurub


Digərləri 22 May 2018 21:57:00 241 0

Cəlilabadda sərxoş piyadanı avtomobil vurub

Hadisə H.Əliyev prospektində baş verib

Axşam saatlarında Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, H.Əliyev prospektində yolu keçmək istəyən kişini "Mercedes" markalı avtomobil vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan piyada Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun şəxsiyyəti dəqiqləşdirilir.

İlkin məlumata görə, yolu keçmək istəyən piyada sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.