Putini dinləyin və ona inanın –


Dünya 22 May 2018 21:59:00 313 0

Putini dinləyin və ona inanın –

Nüvə başlıqlı hipersəs sürətli raketin sınaqları uğurla keçib və ABŞ bu silahın qarşısında silahsızdır

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın CNBC telekanalının yeni Rusiya raketlərinin uğursuz sınaqları barədə məlumatını şərh edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Peskov bu məlumatlara əhəmiyyət verməməyə, ölkə prezidenti Vladimir Putini dinləməyə və inanmağa məsləhət görüb.

"CNBC" telekanalı ötən gün ABŞ kəşfiyyatının hesabatı ilə tanış olan mənbələrə istinadən xəbər verib ki, 2017-ci ilin noyabrından 2018-ci ilin fevralına qədər Rusiya istehsalı olan qanadlı raketin bütün sınaqları uğursuzluqla yekunlaşıb. İddia olunur ki, sınaqlar zamanı nüvə qurğusu işə düşməyib.

Digər tərəfdən nüvə başlıqlı hipersəs sürtəli raketin sınaqları uğurla keçib və ABŞ bu silahın qarşısında silahsızdır.