Cəlilabadda sərxoş piyadanı avtomobil vurub
Sosial 22 May 2018 21:44:20 216 0
Hadisə H.Əliyev prospektində baş verib
Axşam saatlarında Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, H.Əliyev prospektində yolu keçmək istəyən kişini “Mercedes” markalı avtomobil vurub.
Müxtəlif dərəcəli xəsarətlər alan piyada Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun şəxsiyyəti dəqiqləşdirilir.
İlkin məlumata görə, yolu keçmək istəyən piyada sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az