7 əsr yaşı olan Tibet çayı –
Digərləri 22 May 2018 21:40:00 334 0
Hələ XIV əsrdə Tibet monaxları tərəfindən yaradılmış bu unikal çayın resepti arxeoloji qazıntılar zamanı tapılıb. Xalq arasında ona "Əbədi cavanlıq" eliksiri adı qoyulub. Etiraf edək ki, çay tərkibi ilə bu adı haqq edir. Müntəzəm olaraq bu çayı içməyə vərdiş etmiş insanın orqanizmi cavan, enerjili və sağıam qalır.
Son.az medicina.az-a istinadən qədim resepti təqdim edir.
Çayın tərkibində cəmi 4 bitki var: çobanyastığı, ağcaqayın kökü, dazıotu və solmazçiməyi bitkilərini bərabər miqdarda götürürsüz. Yaxşı olar ki, bitkilər yaz-yay aylarında toplanmış olsun. Bitkiləri qarışdırıb, şüşə qabda saxlayın. Hər gün 0,5 litr suda bir xörək qaşığı dəmləyin. 20 dəqiqə dəmləndikdən sonra süzün, çayın yarısına bura bir çay qaşığı təmiz bal qatıb, axçamlar yeməkdən sonra için. Nəzərə alın ki, bu çayı içdikdən sonra yemək yemək, başqa nəsə içmək olmaz.
Mənbə: milli.az