Yeməyi bədən saatımıza uyğun olmayan vaxtlarda yeyirik?


Digərləri 22 May 2018 21:14:00 238 0

Yeməyi bədən saatımıza uyğun olmayan vaxtlarda yeyirik?

Bədən saatımıza uyğun davranmağın sağlamlıq baxımından zərərləri barədə davamlı xəbərdarlıq alırıq. Yemək saatlarımız bədən ritmimizə uyğundurmu və görəsən yemək vaxtlarımızı dəyişdirərək daha sağlam olmağımız, çəkidən azad olmağımız mümkündürmü

"'Krallar və kraliçalar kimi səhər yeməyi ye"

Bu gün səhər yeməyində, daha sonra naharda nə yediniz?

Yəqin ki, gündüz saatlarında, şorbadan qənnadı məmulatlarına uzanan təmtəraqlı bir şam yeməyindən çox daha yüngül bir şeylər yeyirsiniz.

Bəzi mütəxəssislər gündəlik kalorilərimizin çoxunu günün daha erkən saatlarında yeyib, axşam daha yüngül yeməyin bizi daha çox sağlam edəcəyi fikrindədir.

Arıqlamağa çalışan qadınlar arasında aparılan bir araşdırma nahar yeməyini daha erkən yeyən qadınların daha çox çəkidən azad olduğunu, bir başqa araşdırma da səhər yeməyini gec yeməyin vücud kütlə indeksi, yəni vücuddakı piylənmə ilə bağlı olduğunu ortaya qoyub.

Londondakı King's College universitetinin qidalanma elmi kafedrasından olan Dr. Gerda Pot qədim bir ingilis atalar sözünü xatırladaraq "Səhər yeməyini krallar kimi, nahar yeməyini şahzadələr kimi, şam yeməyini isə yoxsullar kimi ye" sözündə bir həqiqət olduğunu deyir.

İndi mütəxəssislər yemək yemə vərdişlərimizlə bədən saatı arasındakı əlaqəyə diqqəti yönəldiblər.

Nə vaxt yemək lazımdır?

Bədən saatı dedikdə ümumi olaraq nə zaman yatdığımızı müəyyənləşdirən fiziki müddət başa düşülür. Amma əslində saatlar vücudumuzun rəsmən hər bir hüceyrəsində mövcuddur.

Bu saatlar gündəlik həyatımızı davam etdirməyimizə imkan verir. Misal üçün, qan təzyiqimizi, bədən hərarətimizi, hormonlarımızı bircə-bircə nizamlayır. Səhərləri oyanmağımızı bu saatlara borcluyuq.

Mütəxəssislər indi yemə vərdişlərimizi araşdırır. Məsələn, vaxtsız saatlarda, ya da axşam çox gec saatda yemək yeməyin vücudumuzun ritmləriylə uyğun gəlib-gəlmədiyini yoxlayırlar.

Xrono-qidalanma, yəni yemək vərdişləri ilə bədən saatı əlaqəsini araşdıran Dr. Pot deyir ki:

"Axşamları böyük bir pay yemək doğru deyil. Çünki o saatlarda vücud gecə istirahət etməyə hazırlıq mərhələsinə doğru yavaşlayır".

Britaniyadakı Surrey Universitetinin xronobiologiya və interqativ fiziologiya mütəxəssisi Dr. Jonathan Johnston isə vücudumuzun axşam saatlarında yeməyi daha çətin həzm etdiyinin aydın olduğunu, amma tədqiqatçıların hələki bunun səbəbini tam olaraq ortaya qoya bilmədiklərini söyləyir. Bir nəzəriyyəyə görə, bu, bədənin eneji istifadəsi ilə bağlıdır.

Yeməyi nə vaxt yediyimizin sağlamlığımızla əlaqəsi dünyada, xüsusilə də inkişaf etmiş ölkələrdə ən mühüm sağlamlıq problemlərindən birinə çevrilib. Bu, ağır çəkilik ilə mübarizə baxımından da böyük əhəmiyyət daşıyır.

"Əgər "Nə yediyinizi çox dəyişdirmədən sadəcə yediyiniz saatları dəyişdirməklə belə arıqlaya bilərsiniz" deyə biliriksə, ictimai sağlamlıqda çox mühüm bir inkişafın yolunu açmaq mümkün ola bilər", - Dr Johnston deyir.