Bişkek meri "təğyirilibas" olub şəhəri gəzir


Digərləri 22 May 2018 21:16:00 239 0

Bişkek meri "təğyirilibas" olub şəhəri gəzir

Qırğızıstanın paytaxtı Bişekekin meri deyir ki, insanların problemlərini yaxından görmək üçün hərdən görkəmini dəyişərək şəhəri gəzir.

Albek Ibraimov yerli mediaya danışıb ki, insanların onu tanımaması üçün köhnə paltarlar geyinir və saxta saqqal taxır, Fergana xəbər agentliyi yazır.

"Köhnə paltar geyinirəm ki, heç kim bilməsin. Saqqal taxıram, qalustukumu çıxarıram və gedib baxıram ki, hər şey əslində necədir", o deyir.

Cənab İbraimov bu açıqlamanı şəhərdə ən böyük sayılan Oş Bazarının bir hissəsini məhv edən yanğını müzakirə edərkən verib.

O, bu sözləri yanğından sonra problemlə üzləşən ticarətçilərin məsələsindən xəbərdar olduğunu göstərmək üçün deyib.