Azərbaycanlı aktrisa: "Açıqsaçıq rollara qətiyyən çəkilmərəm, çünki..." FOTO


Kriminal 22 May 2018 21:01:00 474 0

Azərbaycanlı aktrisa: "Açıqsaçıq rollara qətiyyən çəkilmərəm, çünki..."  FOTO

Teleaparıcı və aktrisa Aytən Əlizadənin Son.az-a müsahibəsi.

- Aytən xanım, həm teleaparıcısınız, həm də aktrisa. Hansı peşədə çalışmaq rahatdır?

- İndi desəm ki, teleaparıcılıq asandır, deyəcəklər ki, bu qız tənbəl qızdır, işləmək istəmir.

- Tənbəlsiz?

- Bir az hə.

- Bu özünü daha çox nədə göstərir?

- Yatmağımda (gülür). Ən sevdiyim iş yatmaqdır.

- "Laləli saray" serialındakı Gülnarə obrazı Aytən Əlizadəni tamamlayır?

- Deməzdim. Qohum-əqraba hərdən mənə deyir ki, sən olsaydın, neyləyərdin? Deyirəm ki, mən olsaydım, Kamalın üstündən birdəfəlik xətt çəkərdim. Kimdənsə qisas almaq, olanları xatırlamaq mənlik deyil.

- Bəs nə sizlikdir?

- Sevmək və sevilmək mənlikdir.

- Deyəsən, həyatınızın sevmək, sevilmək fəslidir?

- Mən hər zaman sevmişəm, sevirəm də, sevəcəyəm də. Təbii ki, dostlarımı, ailəmi, sevdiklərimi.

- Deyəsən, qapalı insansız. Şəxsi həyatınız haqda danışmaq istəmirsiz.

- Şəxsi həyatla bağlı heç bir sualı cavablandırmağı sevmirəm. Bir də yaşımla bağlı danışmağı. Zatən bu kimi sualları cavablandıranda da düzgün cavablandırmıram.


Xəbərə aid fotolar