Söküntü zamanı tozduman yaradanlar cəzalandı


Digərləri 22 May 2018 21:02:00 254 0

Söküntü zamanı tozduman yaradanlar cəzalandı

Bakıda söküntü işləri aparan şirkət barəsində sanitar normaları pozduğuna görə akt tərtib olunub və cərimələnməsi üçün məhkəməyə göndərilib. Söküntü işləri zamanı ətrafı toz-duman bürüyüb və yaşıllıqlar zədələnib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət paytaxtda Mirəsədulla Mirqasımov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən qəzalı binaların yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün söküntü işlərinin aparıldığı ərazidən gedir. Aparılan söküntü işləri zamanı ətrafa tozun yayılması həmin ünvanda yaşayan və işləyənlərin narahatlığına səbəb olub.

Elə vətəndaşlar sözügedən faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat veriblər.

Faktlarla bağlı akt və protokol tərtib olunub.