Məhsul bol, qiyməti də ucuz, amma müştəri yox


Digərləri 22 May 2018 21:03:00 275 0

Məhsul bol, qiyməti də ucuz, amma müştəri yox

Bərdəli fermerlər bu il soğandan bol məhsul götürüblər.

Ancaq qiymətlər ucuz olsa da, alıcı qıtlığı yaşanır. Buna görə də tonlarla soğan sahələrdə yığılaraq məhv olur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, rayonun kəndlərdində soğan sahələrdə qalıb. Qiymətlər ucuz olsa da, alıcı qıtlığı səbəbindən tonlarla soğan məhv olur.

Fermerlər deyir ki, soğanın əkılıb-becərilməsi xərcləri çox olub. İndi alıcının olmaması onları xeyli ziyana salıb. Hətta 32 -33 kiloqramlıq soğan kisəsini 4 manat 50 qəpıyə təklif etsələr də, alıcı yoxdur. Soğanın 1 kıloqramını 10 -11 qəpiyə belə sata bilmirlər.