Oğrular indi də əkin sahələrinə dadanıb VİDEO


Digərləri 22 May 2018 21:04:00 208 0

Oğrular indi də əkin sahələrinə dadanıb  VİDEO

Astarada əkin sahəsindən kartof və sarımsaq oğurlanıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Astaranın Ərçivan kəndində olub. Zərərçəkmiş Məzahir Qasımov deyir ki, özü işə getdiyi üçün kartof şitillərini həyat yoldaşı və oğlu becərirmiş. Onlar da günorta saatlarında sahəyə gəldikdə 150 kiloqrama yaxın kartofun torpaqdan çıxarılaraq oğurlandığını görüb.

Digər bir Ərçivan kənd sakini Püstə Baxşıyevanın da başına oxşar hadisə gəlib. Naməlum şəxs və ya şəxslər Püstə Baxşıyevanın əkin yerindən 50 kq. sarımsaq oğurlayıblar.

Hər iki kənd sakini məsələ ilə bağlı Astara Rayon Polis Şöbəsinə məlumat veriblər.

Gəncədə isə mağazadan oğurluq olub. Şəhər sakini bildirib ki, ona məxsus mağazadan ümumi dəyəri 1000 manat təşkil edən 12 cüt ayaqqabı və paltarlar oğurlanıb. Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri -Elvin Bağırov, Tural Valeh oğlu Əliyev, Elçin Xeyirxəbərov və Tural Fərhad oğlu Əliyev maddi sübutlarla birlikdə yaxalanıb. Qeyd edək ki, Elçin Xeyirxəbərov və Tural Fərhad oğlu Əliyev əvvəllər məhkum olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Videonu izləmək üçün şəklə klikləyin: