Bağırsaq xərçəngindən qorunmaq üçün bunları edin


Digərləri 22 May 2018 21:05:00 264 0

Bağırsaq xərçəngindən qorunmaq üçün bunları edin

Həm qadın, həm kişilər arasında ən çox rast gəlinən xərçəng növündən biri yoğun bağırsaq (kolon) xərçəngidir.

Ən qorxulu cəhəti isə əlamətlərinin hiss olunmamasıdır. Buna görə də çox zaman bağırsaq xərçəngi irəliləmiş halda ortaya çıxır. Mütəxəssislər isə yoğun bağırsaq xərçənginin qarşısının əvvəlcədən alına biləcəyini vurğulayırlar.

Son.az lent.az-a istinadən türkiyəli qastroenteroloq Nurdan Tözün bununla bağlı məsləhətlərini diqqətinizə çatdırır.  

Qidalanmanıza diqqət edin

Yoğun bağırsaq xərçəngi qeyri-sağlam qidalanma ilə birbaşa əlaqədardır. Xüsusilə həddindən çox yağlı qidalar, heyvan mənşəli yağ istifadəsi və qırmızı ətlə daha çox qidalanma qalın bağırsaq xərçəngi riskini artırır. Həmçinin kolbasa, sosis və bu kimi yenidən işlənmiş qidalardan uzaq durmaq lazımdır. Meyvə və tərəvəzin kifayət qədər qəbul olunmaması həzm sistemi sağlığına mənfi şəkildə təsir göstərir. Hər gün kifayət qədər meyvə və tərəvəz yeməyi unutmayın. Bol lifli qidalardan istifadəni artırın.

Siqaret və alkoqoldan uzaq olun

Alkoqol istifadəsinin bağırsaq xərçənginə birbaşa yol açması 57 araşdırmada ortaya çıxıb. Gündə 50 qram, ya da daha çox alkoqol istifadə edənlərdə kolon xərçəngi riski içməyənlərə görə 1.5 faiz artır. Alkoqolun qəbulundan sonra ortaya çıxan, toksik bir kimyəvi maddə olan asetaldehid həm DNT-yə, həm də proteinlərə zərər verir. Alkoqol, həmçinin, toksik oksigen növlərinin yaranması ilə də DNT-yə zərər verərək, xərçəng yaradır.

Artıq çəkidən azad olun

Artıq çəkinin sağlamlıq düşməni olduğu aparılan bir çox elmi araşdırmalar zamanı sübut olunub. Diabetdən ürək və damar xəstəliklərinə qədər bir çox problemə yol açan artıq çəki kolon xərçənginə də zəmin hazırlayır. Məsələn, 5 kilo kökəlmək kolon xərçəngi riskini yüzdə 5 faiz artırır.