"AİAzərbaycan tərəfdaşlığı haqqında yeni sazişə dair danışıqlar keçiriləcək"


Siyasət 22 May 2018 20:58:00 298 0

"AİAzərbaycan tərəfdaşlığı haqqında yeni sazişə dair danışıqlar keçiriləcək"

Avropa İttifaqı (Aİ) -Azərbaycan tərəfdaşlığı haqqında yeni sazişə dair danışıqların növbəti mərhələsi gələn həftə Bakıda keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

M.Məmmədquliyev bildirib: "Ötən il başlayan danışıqlar üç əsas istiqamətdə - siyasi və təhlükəsizlik məsələləri, ticarət və investisiya məsələləri və müxtəlif sektoral məsələlər üzrə uğurla davam edir"

Nazir müavininin sözlərinə görə, növbəti görüşdə siyasi məsələlər müzakirə olunacaq.

Danışıqların sonuncu mərhələsi may ayının əvvəlində baş tutub.