Kərə yağı adı ilə satılan yağların ziyanlı olması barədə fikirlərə RƏSMİ MÜNASİBƏT (ÖZƏL)


Digərləri 22 May 2018 20:46:20 205 0

Kərə yağı adı ilə satılan yağların ziyanlı olması barədə fikirlərə RƏSMİ MÜNASİBƏT (ÖZƏL)

Kərə yağı adı ilə satılan yağların tərkibində insan üçün ziyanlı olan palma yağlarının olması barədə fikirlərə RƏSMİ MÜNASİBƏT Bəzi mütəxəssislər Azərbaycanda satışda olan və kərə yağı adı ilə satılan yağların böyük hissəsinin insan orqanizmi üçün zərərli olduğunu, onların tərkibində insan orqanizminə zərər verən palma yağlarının olması barədə söylədiyi fikirlərə münasibət bildirib.

Bakı. İlhamə İsabalayeva - Bəzi mütəxəssislər Azərbaycanda satışda olan və kərə yağı adı ilə satılan yağların böyük hissəsinin insan orqanizmi üçün zərərli olduğunu, onların tərkibində insan orqanizminə zərər verən palma yağlarının olması barədə söylədiyi fikirlərə münasibət bildirib. Qida Təhlükəsizliyi Agentliyinin Risklərin İdarəedilməsi şöbəsinin baş məsləhətçisi İlahə Əliyeva özəl olarq Trend-in sorğusuna cavab olaraq bildirib ki, palma ağacının meyvəsindən iki növ (meyvə əti və çəyirdək) yağ emal edilir və bu yağlar qida əhəmiyyətli xüsusiyyətlərinə görə geniş istifadəliliyə malikdir. İ.Əliyeva əlavə edilib ki, bu yağın orqanizmə təsiri dünya miqyasında geniş müzakirə mövzusu olsa da, indiyə qədər insan sağlamlığına hər hansı bir mənfi təsiri elmi cəhətdən sübuta yetirilməyib. Hər hansı bir qida məhsulunun tərkibinin insan sağlamlığına zərərli olub-olmaması yalnız müvafiq laborator müayinələrdən sonra müəyyənləşdirilə bilər.