Cavanşir Feyziyev: ""Avromed"lə heç bir əlaqəm yoxdur"


Digərləri 22 May 2018 19:50:00 403 0

Cavanşir Feyziyev: ""Avromed"lə heç bir əlaqəm yoxdur"

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev son günlər bir sıra internet informasiya saytlarında onun adının "Avromed" QSC ilə əlaqəli hallanmasına və bu xüsusda yayılmış bəzi fikirlərə münasibət bildirib.

Son.az-a daxil olan məlumata görə, o deyib ki, Milli Məclisin üzvü kimi Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən dərman qaçaqmalçılığına qarşı mübarizə tədbirləri aparılır. Bu barədə ölkənin çoxsaylı mətbuat orqanlarında, o cümlədən internet informasiya resurslarında xəbərlər yayımlanır.  "Lakin həqiqətə uyğun olmayan, hüquq-mühafizə orqanları tərəfindən yayımlanan rəsmi məlumatlardan tamamilə fərqlənən fikirlər də diqqət çəkməkdədir. Bu baxımdan adımın "Avromed" QSC ilə bağlılığı barədə də qərəzli materiallara rast gəlinməkdədir.