DİM 28 abituriyentin imtahan nəticəsini ləğv etdi


Digərləri 22 May 2018 19:56:00 320 0

DİM 28 abituriyentin imtahan nəticəsini ləğv etdi

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 22-də elan edib.

Mərkəzdən Son.az-a verilən məlumata görə, imtahan nəticələri DİM-in saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün sənəd vermiş 33139 abituriyentdən 648 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 28 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.