Banklarda sanitar qovşaqdan istifadə qadağandırmı? VİDEO FOTO


Digərləri 22 May 2018 19:48:00 340 0

Banklarda sanitar qovşaqdan istifadə qadağandırmı?  VİDEO  FOTO

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində son günlər banklardakı sanitar qovşaq qalmaqalı haqda maraqlı sujet yayımlanıb.

Aparıcı Tunay Əliyevanın sosial şəbəkələrə paylaşdığı bu video qısa zaman ərzində gündəmi zəbt etdi. O, bankda müştərilərə sanitar qovşaqdan istifadəyə icazə verilməməsini təhqir hesab edib. Aprıcının bu paylaşımına bankdan da cavab gecikməyib.

Bankın açıqlamasında bildirilir ki, filial və şöbələrdə xüsusi qovşaq yalnız işçi personalının təbii ehtiyyacları üçündür, müştərilərın tualetdən istifadəsinə icazə yoxdur. Bankın bu açıqlaması aparıcını razı salmasa da, məsələ aktuallıqdan düşmür.

Geniş müzakirəyə səbəb olan məsələ ilə bağlı şərh verən ekpertləri bu cür qadağanın bütün banklarda tətbiq olunduğunu deyirlər. Dünyanın əksər ölkələrində bu cür məhdudiyyət var və bu səbəbsiz deyil.

Elmar Nurəliyev (Ekpert): "Bu cür hadisə ABŞ-da baş vermişdi. Orada kamera yerləşdirmişdi. Bu, cinayət pozuntusu idi. Ona görə də qadağalar tətbiq edilib. Müştərinin bankın sanitar qovşağından istifadə etməsində təhlükəsi yoxdur. Kənar müştərinin banka girişi zatən qadağandır. Amma bankın girişində, ya həyətində sanitar qovşaqların quraşdırılması ola bilər".

Sosioloqların fikrincə, məsələyə hansısa qayda və ya nizamnamə prizmasından yanaşmaq düzgün deyil. Çünki ortada insan faktoru var. Banklar və bu kimi sahələr xidmətləri ilə müştəri məmnunluğunu nəzərə almalıdır. Müştəri rahatlığı inamı artıran amillərdəndir.


Xəbərə aid foto