Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ədəbiyyat təmsilçiləri


Digərləri 22 May 2018 19:00:00 413 0

Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ədəbiyyat təmsilçiləri

Bilik Fondunun təşkilatçılığı ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib.

Bakı. Prezidentin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq, mayın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib. Trend-in məlumatına görə, Bilik Fondunun əməkdaşı Aynur Seyidova tələbə kollektivini salamladıqdan sonra Fondun “Azərbaycan Xalq Cumhuriyyəti İli” çərçivəsində həyata keçirdiyi layihələrdən danışıb, ədəbiyyatın insanların duyğularını təkmilləşdirdiyini, insanın onun vasitəsilə ətraf gerçəkliyi dərk etdiyini vurğulayıb. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Məmmədli “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ədəbiyyat təmsilçiləri” mövzusunda mühazirə söyləyib.