Mərhum futbolçu "Şərəf" Ordeni ilə təltif olunub


İdman 22 May 2018 18:33:00 283 0

Mərhum futbolçu "Şərəf" Ordeni ilə təltif olunub

Dinamo Tblisi və SSRİ yığmasının mərhum futbolçusu Vitali Daraseliya ölümündən sonra "Şərəf" Ordeni ilə təltif olunub. Goal.az xəbər verir ki, Gürcüstan dövlətinin prezidenti Qeorqi Marqvelaşvili gürcü futbolunun inkişafında xidmətlərinə görə sabiq futbolçunun ordenlə təltif olunması barədə sərəncam verib. Bu münasibətlə təşkil olunan mərasimdə yerli federasiyanın rəhbəri Levan Kobiaşvili, 7 futbolçu və bu sahənin veteran nümayəndələri iştirak edib.

Daraseliya 1957-ci ildə Abxaziyanın Oçamçira şəhərində anadan olub. Qısa futbolçu karyerası ərzində 1978-ci ildə SSRİ çempionu olub. O, 1982-ci ildə avtomobil qəzasında dünyasını dəyişib.