Rəqib futbolçunun mundialda oynaması üçün FİFA-ya məktub yazdılar


İdman 22 May 2018 18:15:00 295 0

Rəqib futbolçunun mundialda oynaması üçün FİFA-ya məktub yazdılar

Peru millisinin kapitanı Paolo Gerreyro qanında kokain tapıldığına görə FİFA tərəfindən 14 aymüddətinə futboldan uzaqlaşdırılmışdı. Daha sonra hücumçunun cəzası azaldılsa da, o, istənilən halda dünya çempionatında oynaya bilməyəcək. Goal.az xəbər verir ki, Perunun qrup mərhələsində rəqibi olan 3 milli komandanın kapitanı FİFA-ya imzalı məktub göndərib. Uqo Lyoris (Fransa), Mayl Yedinak (Avstrliya) və Simon Kyaer (Danimarka) Qerreyronun cəzasının turnirdən sonraya saxlanmasını xahiş edib. Cənubi Amerika təmsilçisi G qrupunda mübarizə aparacaq. Milli komandaların dünya çempionatı üçün son heyəti 4 iyunda təqdim olunmalıdır. FİFA göndərilən məktuba bu tarixdən əvvəl cavab verməlidir.