Kraliça II Elizabet Prezident İlham Əliyevi 28 May Respublika Günü münasibətilə təbrik edib


Siyasət 22 May 2018 18:07:00 273 0

Kraliça II Elizabet Prezident İlham Əliyevi 28 May  Respublika Günü münasibətilə təbrik edib

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Cənab Prezident. Milli bayramınız 28 May - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdan gələn illərdə Sizə və Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram".