Ələtdə “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi” yaradılacaq


Digərləri 22 May 2018 18:08:00 285 0

Ələtdə “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi” yaradılacaq

Şahin Mustafayev Çinin İxracın və Kreditlərin Sığortası Korporasiyasının (SİNOSURE) idarə heyətinin sədrini qəbul edib.

Bakı. İqtisadiyyat naziri Şahin Mustafayev Çinin İxracın və Kreditlərin Sığortası Korporasiyasının (SİNOSURE) idarə heyətinin sədri Vanq Yini qəbul edib. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Çin arasında siyasi-iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini, rəsmi və işgüzar səfərlərin ölkələrimiz arasında əlaqələrin genişlənməsində önəmli rol oynadığını diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan Prezidentinin 2015-ci ildə Çinə səfəri zamanı imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malikdir. Ş.Mustafayev qeyd edib ki, 2018-ci ilin fevral ayında Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində Pekində “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu”na həsr olunmuş Beynəlxalq Konfrans və Çin rəsmiləri ilə müxtəlif görüşlər təşkil olunub. Bildirilib ki, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,3 mlrd. dollar olub. Hazırda Pekində Azərbaycanın Ticarət Nümayəndəliyi fəaliyyət göstərir, Şanxayda Azərbaycan Ticarət Evinin, Pekində və Şanxayda Azərbaycan Şərab Evinin açılması nəzərdə tutulur. Bütün bunlar ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəkdir.